Ford fabrikini bağlayır
24 Oktyabr 2012 17:19 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerika avtomobil
istehsalçı şirkəti Ford Avropadakı zərərləri səbəbinə görə
Belçikanın Genk şəhərində 4 min 300 işçinin olduğu fabrikini
bağlamaq qərarına gəlib. ''İqtisadi böhranı qiymətləndirmə'' fikri
ilə işçilərini və peşə nümayəndələrini bu səhər təcili yığıncağa
çağıran fabrik rəhbərliyi, 2013 və ən gec 2014-cü ildə buradakı
təsisin bağlanılaraq İspaniyaya köçürüləcəyini bildirib. Fordun
"Mondeo", "S-Max" and "Galaxy" modellərini istehsal edən fabrik
Avropa bazarındakı geriləmə səbəbiylə Genk fabrikini bağlayaraq
ildə 500 milyon dollar qənaət edə biləcəyi ifadə edilir. Fordun
Avropa bazarındakı avtomobil və yüngül ticari vasitə satışları
keçən ilin eyni dövrünə görə bu ilin ilk 9 ayında 12 faiz enərək
739 minə çatıb və şirkətin bazar payı 8 faizdən 7.6 faizə
enib.