"Twitter"da yenilik olacaq

24 Oktyabr 2012 19:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Twitter" iki yeni düymə üzərində çalışır. Bəs istifadəçilər üçün dəyişən yeni bir şey varmı?Məşhur ictimai şəbəkə portalı "Twitter"da yeniliklər olacaq. "The Next İnternet"in xəbərinə görə hal-hazırda istifadədə olunan  "Favorit" düyməsi tezliklə dəyişəcək. Şirkət "Bəyən" və "Ulduz" adlı iki düymə üzərində çalışır. "Twitter" yeni düymələr barədə hələ bir şərh verməsə də yeni düymələr sayəsində istifadəçilər hər hansı bir tvit bəyənərək, istədiklərini yenə favorit siyahısına əlavə edərək sonradan göstərə biləcəklər.

Yeni düymələrlə "Twitter"in nəyi hədəflədiyi isə hələ məlum deyil.