"Paranormal Activity 4" filmi böyük izdiham yaradıb

24 Oktyabr 2012 17:49 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Cineworld"da "Madagascar 3" filmini seyr etmək üçün bilet alan kiçik uşaqlar və valideynləri kino salonunda səhvən "Paranormal Activity 4" filminin göstərilməsi ilə qorxu hissi keçirib. Valideynlər kameraya doğru atılan cəsəd görüntülərindən dəhşətə gələn uşaqlarını salondan çıxarmaq üçün çıxış qapılarına axın etdikdə isə bəzi uşaqlar əzilmə təhlükəsi ilə qarşılaşıb. "Cineworld" kino salonu isə edilən səhvdən ötəri üzr istəyərək tamaşaçıların biletlərinin pulunu geri ödəyib. "Cineworld" tərəfindən edilən şərhdə, səhvin bir daha təkrarlanmaması üçün texniklərin xəbərdar edildiyi bildirilib.