Avstraliya ştatı «Dağlıq Qarabağ Respublikasının» müstəqilliyini tanıyıb
25 Oktyabr 2012 16:27 (UTC+04:00)
Avstraliyanın Yeni Cənubi Uels ştatının Qanunvericilik Şurası bu
gün "Dağlıq Qarabağ Respublikasının" (DQR) tanınması və Qarabağ
xalqının öz müqəddəratını təyinetməsi hüququ ilə bağlı qətnamə
qəbul edib.
APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi xəbərə
görə, Şuranın üzvü xanım Mari Fikarra tərəfindən irəli sürülən bu
təşəbbüs yekdilliklə qəbul olunub.
Ştatın qanunvericilik orqanı bu qətnaməni qəbul edərək Avstraliya
hökumətini separatçı "DQR" rejiminin müstəqilliyini rəsmi şəkildə
tanımağa, həmçinin "Dağlıq Qarabağ" və "DQR vətəndaşları" ilə
münasibətləri gücləndirməyə çağırıb.
Bununla yanaşı, Şura "Dağlıq Qarabağ Respublikasına" humanitar və
iqtisadi dəstəyin davam etdirilməsini zəruri sayıb.