"iPad mini" niyə bahalıdır?

25 Oktyabr 2012 18:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "iPad mini"nin meydana çıxmasıyla birlikdə istifadəçilərin maraq etdiyi başqa bir mövzu var: iPad mini niyə bahalıdır? "Appl"ın satışından məsul olan prezident köməkçisi Filip Şiller " iPad mini"nin bahalı olmadığını bildirib. Şillerə görə "iPad"lərin qiyməti neçə olursa olsun rəqib cihazlardan daha çox satır. Əslində problem yalnız qiymətin yüksək olmasında deyil. iPad mini əslində elə də böyük bir yenilik gətirmir. Kiçik ekranı başqa xüsusiyyətləri demək olar ki, "iPad 2" ilə eyni olan bir cihazdan bəhs edirik. Lakin əlbəttə "iPad mini" bu qiymətiylə də şübhəsiz çox satılacaq.