Ermənistan internet vasitəsilə yoluxma riskinə görə dünyada 3-cü yeri tutur

29 Oktyabr 2012 10:34 (UTC+04:00)

Kasperski Laboratoriyası "İnformasiya təhdidlərinin inkişafı" adlı məcmuəsini öz internet-səhifəsində yerləşdirərək, internet vasitəsilə daha çox yoluxma riskinə məruz qalmış 20 ölkənin siyahısını qeyd edib.Ermənistan bu siyahıda 3-cü yeri tutub. Şirkət dünyanın müxtəlif ölkələrində kompüter istifadəçilərinin internet vasitəsilə yoluxma riskinin qiymətləndirilməsi üçün hər bir ölkədən olan istifadəçilərin rüb ərzində Web-antivirusun işləməsi ilə neçə dəfə qarşılaşdıqlarını sayıb.

Üçüncü rübdə dünyanın müxtəlif ölkələrində yerləşən internet-resurslardan həyata keçirilmiş 511 milyondan çox hücumun qarşısı alınıb. Ümumilikdə bu insidentlərdə 165 mindən çox zərərli və potensial arzuolunmaz proqram modifikasiyaları qeydə alınıb.