«SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması prosesi uğurla həyata keçirilir»
29 Oktyabr 2012 12:34 (UTC+04:00)
Keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə birdəfəlik
ödəmələrin verilməsi prosesi sürətlə həyata
keçirilir. Bunu maliyyə naziri
Samir Şərifov bəyan edib.
"Prosesin belə sürətlə gedəcəyini biz özümüz də gözləmirdik, bu da
onun göstəricisidir ki, işlər heç də pis təşkil olunmayıb", - deyə
maliyyə naziri bildirib.
Nazir bu prosesdə müəyyən nöqsanların olduğunu da istisna etməyib:
"Bu işləri icra edən şəxslər tərəfindən, bank işçiləri tərəfindən
problem yaradıla bilər. Amma bunlar cüzi xarakter daşıyır, yəni
kütləvi hallardan danışa bilmərik".
"Hesab edirəm ki, bu proses uğurla həyata keçirilir", - deyə
S.Şərifov bildirib.
Qeyd edək ki, əmanətlərin qaytarılması nəticəsində 2012-ci il
iyunun 1-dən oktyabrın 1-dək əmanətçilərə ümumilikdə 349,109 mln.
manatdan çox vəsait ödənilib.