Mərkəzi Hərbi Klinik Hospitalın rəisi və daha bir neçə nəfər işdən çıxarılıb
29 Oktyabr 2012 13:21 (UTC+04:00)
Azərbaycan Silahlı Qüvvələri
Mərkəzi Hərbi Klinik Hospitalının bir neçə işçisi işdən
çıxarılıb.
APA-nın məlumatına görə, bu barədə
müdafiə naziri, general-polkovnik Səfər Əbiyev müvafiq əmr
imzalayıb.
Əmrə əsasən, hospitalın rəisi, tibb xidməti polkovniki Asif
Qurbanov və hospitalın daha bir neçə əməkdaşı tutduqları vəzifədən
uzaqlaşdırılıblar. Asif Qurbanov sərəncama göndərilib.
Hazırda hospitalın rəisi vəzifəsini polkovnik Şahlar Quliyev icra
edir.