Xəstəliklər adi gözlə müəyyən edilə biləcək

29 Oktyabr 2012 14:54 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərə alimləri xəstəliklərin adi gözlə diaqnozuna imkan verən  "hiss etmə" cihazı yaradıb. "Imperial College London" universitetinin alimlərinin  prototipini inkişaf etdirdikləri "hiss etmə" cihazı xəstəliklərin və virusların hələ başlanğıc mərhələsində müəyyən edilməsinə imkan verir. Elm adamları inkişaf etdirdikləri vizual qəbul etmə texnologiyasının, başlanğıc mərhələsindəki prostat xərçəngi və HIV də daxil olmaqla virus infeksiyalarının diaqnozunda istifadə edilən, tibbdə "qızıl standart" kimi adlandırılan metodlardan 10 qat daha həssas ölçü götürülməsinə  imkan verdiyini bildirib.