QİÇS-i müəyyən edən ucuz test yaradılıb
29 Oktyabr 2012 18:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, Texnologiyanın
inkişafıyla birlikdə xəstəliklər üzərində sürətli üsullarla işləyən
mütəxəssislər yeni test yaradıblar. İngilis elm adamları tərəfindən
yaradılan test, aralarında QİÇŞ-ə səbəb olan HIV-in də olduğu bəzi
virusları çox aşağı səviyyədə olsalar da müəyyən edir. Testdə
istifadə edilən maye, viruslardakı zülalla reaksiyaya girir, rəng
dəyişdirərək mavi rəngə dönür. Laboratoriya sınaqlarında testin
HIV-dən əlavə prostat xərçəngi kimi bəzi xərçəng xəstəliklərini də
təyin etdiyi məlum olub.
Test hələ sınaq mərhələsindədir. Ancaq bazara çıxarılan zaman
bir çox testlərdən ucuz olacağı söylənilir. Xüsusilə HIV virusu və
səbəb olduğu xəstəliyin yayıldığı ölkələrin böyük hissəsinin
iqtisadi çətinlikləri olduğu nəzərə alınsa, ucuz testlər həm QİÇS,
həm də xərçənglə mübarizədə əhəmiyyətli bir addımdır.