Qasırğa həyəcanı BMT-nin işini dayandırıb

29 Oktyabr 2012 15:59 (UTC+04:00)
Movqe.Az bildirir ki, Son dövrlərin ən şiddətli qasırğası hələ Nyu Yorka çatmamış öz təsirlərini göstərməyə başlayıb. BMT-nin Nyu Yorkdakı Baş Mərkəzinin mətbuat ofisindən verilən məlumata görə, bazar ertəsi günü Baş Mərkəzin bağlı olacağı bildirilib. Məlumata görə, "Sandy" qasırğasının təsir vəziyyətinə görə, BMT-nin Baş Mərkəzinin çərşənbə axşamı günü də bağlı ola biləcəyi və Baş Mərkəzdəki bütün yığıncaqların ləğv ediləcəyi söylənilib. Digər tərəfdən, Nyu Yorkda qasırğa ilə əlaqədar qırmızı həyəcan verilərkən, axşam saat 7 etibarilə kütləvi nəqliyyatın işi dayandırılıb. Nyu York bələdiyyəsinin aldığı bir qərarla metro və avtobus səfərləri ikinci xəbərdarlığa qədər ləğv ediləcək. Nyu York şəhərində həyat dayanma nöqtəsinə gəlib. Bundan əlavə, Nyu York Birjasının da bazar ertəsi günü bağlı olacağı bildirilib.Hesabatlardan əldə edilən məlumata görə, Şimali Karolina əyalətinə çatan "Sandy" qasırğasının saatda 75 mil sürətlə Nyu Yorka doğru irəlilədiyi təyin olunub.