Gizli varlıların adları açıqlanıb
29 Oktyabr 2012 16:51 (UTC+04:00)
Movqe.Az bildirir ki, İqtisadi
böhran yaşayan Yunanıstan, İsveçrə banklarında gizli hesabı olduğu
iddia edilən 2 mindən çox adamın yer aldığı "Lagarde" siyahısından
danışır. Siyahını açıqladığı üçün həbs edilən jurnalist, hakim
qarşısına çıxacaq. Jurnalist Kostas Vaxevanis, şəxsi
məlumatların gizliliyini pozduğu səbəbiylə nəzarətə alınıb.Hakim
qarşısına çıxmağa hazırlaşan Vaxevanis, peşman deyil. "Hod Doc"
adlı yunan jurnalının sahibi olan Vaxevanis, "Mən jurnalistlik
vəzifəmi yerinə yetirdim. Saxladıqları həqiqəti ortaya çıxartdım.
Əgər ədalət qarşısına çıxmılması lazım olan varsa, o da bu siyahını
saxlayan nazirlərdir. Mən jurnalistəm və mənim işim budur."
sözlərini deyib. Siyahıda gəmi sahibi, siyasətçi və jurnalistlərin
də olduğu 2 min 53 adam iştirak edir. Ancaq bu adların xaricə
çıxartdıqları məbləğlə bağlı məlumat verilmir. Siyahıda bəzi
adların vergi qaçaqçılığı etdiyindən də şübhə edilir.