700 ton qızıl cövhəri daşıyan gəmi itib

29 Oktyabr 2012 19:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rusiyanın şərqində 700 ton qızıl cövhəri daşıyan bir gəminin fırtına səbəbiylə itdiyi bildirilib. Rəsmilər Rusiyanın Nəsai şəhərindən Oxot dənizindəki Feklistov adasına gedən gəminin dünən yardım çağırışı etdiyini, daha sonra gəmi ilə əlaqənin kəsildiyini söyləyib. Polimetal mədən şirkəti tərəfindən icarəyə verilən gəmi 700 ton qızıl cövhərini işlənməsi üçün Feklistova aparırdı. Şirkət qızıl cövhərinin bazar dəyəri ilə əlaqədar hər hansı bir şərh verməyib. Aşağı nisbətdə qızıl ehtiva edən qızıl cövhərini daşıyan gəmidə 9 heyət üzvü olub.