Çində yeni şəhər tapılıb

30 Oktyabr 2012 14:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, Çinin şimal-qərbindəki Şaanşi şəhərində, Neolit ​​dövrünə aid 4 kvadrat kilometr sahəsi olan şəhər qalıqları tapılıb. Şəhər Şınmu qəsəbəsindəki 4 min illik Simao qalıqlarını araşdıran 40 arxeoloq tərəfindən kəşf olunub. Kəşf əsnasında çox sayda işlənmiş yəşəm daşları da tapılıb. Simao qalıqları ilk olaraq 1976-ci ildə aşkar edilib. Arxeoloqlar keçən il bölgədə daha ciddi araşdırmalara başlayıb.