Miqrant təhlükəsi Azərbaycanı da yaxalayır

17 Aprel 2012 12:07 (UTC+04:00)


Dünya dövlətləri üçün getdikcə daha böyük əhəmiyyət kəsb edən məsələlərdən biri miqrasiya prosesi ilə bağlıdır. Bu, əsasən, inkişaf etmiş, eləcə güclü iqtisadiyyata malik ölkələr üçün xarakterik problemə çevrilməkdədir. Azərbaycanın da son illərdə dinamik iqtisadi inkişafı ölkəmizə kənardan miqrant axınının güclənməsi ilə müşayiət olunmaqdadır.

Araşdırmalar göstərir ki, artıq Azərbaycan MDB- miqrantların ən çox gəldiyi ölkələrdəndir. Bunu Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi Serhan Aktorpak təsdiq edir.

Təxmini hesablamalara görə, dünyada 215 milyondan çox miqrant var hər gün onların sayı durmadan artır. Miqrantların 90 faizi tapmaq üçün başqa ölkələrə gedənlərdir. Bunların arasında qadınların sayı sürətlə artır. Bu haqda məlumat verən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi Serhan Aktorpak bildirib ki, hazırda miqrantların 50 faizdən çoxunu qadınlar təşkil edir. Miqrantlar arasında hüquqları pozulanların əksəriyyəti qadınlardır. Amerika Dövlət Departamentinin ötən il apardığı araşdırmaya görə dünyada miqrantlar arasında insan alverinin qurbanlarının sayı 30 faiz artaraq 3600 fakta çatıb: "Beynəlxalq miqrasiya təşkilatının insan alveri ilə bağlı məlumat bazası var. Məlumat bazasında göstərilir ki, 2010-cu ildən başlayaraq artıq insanlar seksual deyil, əməyin istismarı üçün insan alverinin qurbanına çevrilirlər. Əməyin istismarının qarşısının alınması çox vacibdir".

O ki qaldı Azərbaycanda miqrantlarla bağlı vəziyyətə Serhan Aktorpak bildirib ki, əgər bir zamanlar Azərbaycandan insanlar xaricə daha çox axın edirdisə, hazırda proses tam fərqli gedir: "Azərbaycan hər kəsin gözünün qarşısında sosial inkişafla bağlı nailiyyət əldə edir. Azərbaycan miqrantların çıxdığı ölkədən, miqrantların gəldiyi ölkəyə çevrilib. Azərbaycan Rusiya Qazaxıstandan sonra regionda miqrantların gəldiyi 3- ölkədir".

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi 1-ci kanala müsahibəsində deyib ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı miqrantların gələcəkdə bura daha çox gəlməsini şərtləndirir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər isə mənfi halların qarşısının alınmasına yardım edəcək.

Araşdırmalar da göstərir ki, əcnəbi miqrantların, xüsusilə əmək qabiliyyətli xaricilərin Azərbaycanda qanuni üsullarla yaşaması üçün bütün hüquqi prosedur mövcuddur. Ölkəmizə miqrantlar İran, Rusiya, Türkiyə, Çin hətta Filippindən gəlir. Ölkə ərazisində rəsmi olaraq 460 minə yaxın miqrant var. Həmin insanlar ölkə ərazisində müxtəlif əsaslarla ola bilər. Onlar arasında qanuni qeyri-qanuni əsaslarla olanlar da var. Qeyri-qanuni əsaslarla olan insanlar heç ölkə ərazisinə qeyri-leqal yolla daxil olmayıb. Onlar qanuni əsaslarla ölkəyə gəlir, amma viza müddəti bitdikdən sonra da burada qalır. Vizanı da müxtəlif səbəblərdən uzatmırlar. Kimisi maddi imkansızlığı üzündən, digəri isə deportasiya olunmaqdan qorxduğundan bununla bağlı müraciət etmir. Həmin 460 minmiqrantın əksəriyyəti burada əmək fəaliyyətilə məşğuldur. Özü getdikcə Azərbaycana gəlmək istəyən miqrantların sayı artır. Hazırda ölkədə olan miqrantların bir qismi isə qeyri-leqal əsasda burada yaşayır fəaliyyət göstərir. Araşdırmalar göstərir ki, qeyri-qanuni əsaslarla işləyən insan da özünün statusunu açıq elan etməkdən çəkinir. Çünki onda əmək fəaliyyətilə məşğul ola bilməyəcək. Ən azından ona görə ki, kvotadan kənara çıxmış olur. Ona görə çoxu qeyri-qanuni əmək fəaliyyətilə məşğul olmağa üstünlük verir. Dolayısı yolla vəziyyətlərinin qeyri-qanuni olması onların ürəyincədir. Əslində isə bu çox təhlükəli tendensiyadır. Dünyanın aparıcı ölkələrində qeyri-qanuni miqrasiya ilə ciddi mübarizə gedir. Bu mübarizə ölkəmizdə aparılır. Aşkar olunan müxtəlif cəzalara məruz qalan qeyri-qanuni miqrantların sayının artması həm onunla bağlıdır ki, Dövlət Miqrasiya Xidmətinin apardığı reydlər artıq bəhrəsini verməkdədir. Həmin reydlərin intensiv şəkil alması aşkar olunan faktların sayının artmasına gətirib çıxarır. Digər tərəfdən hər ay azı 300-500 qeyri-leqal miqrantın çıxarılması heç o demək deyil ki, onların sayı azalır. Çünki gəlmək istəyənlərin sayı çox olaraq qalır.

Qeyri-leqal miqrasiyanın törətdiyi təhlükələrə gəldikdə, ekspertlər bildirir ki, qanundan kənar olmalarının özü artıq cəmiyyət üçün təhlükə yaradır. Belə insanların fəaliyyəti qanundan kənar olduğundan deməli, nəzarətdən kənardır. Onların sayının kəskin artması cəmiyyətdə böyük risklər yaradır, bir çox sosial bəlaların təzahür etməsinə gətirib çıxarır. Lakin o da faktdır ki, bu qəbildən olan insanlara qarşı getdikcə daha səmərəli formada mübarizə aparılır. Bununla belə ölkəmizə üz tutmaq istəyən miqrantların sayı durmadan artır bu tənzimlənməyəcəyi təqdirdə təhlükəli xarakter ala bilər.

Əsgər Cavadov