Çindən Yaponiyaya etiraf çağırışı

30 Oktyabr 2012 15:59 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çin Xarici işlər nazirliyi spikeri Honq Ley Yaponiya xarici işlər naziri Koiçiro Gembanın "Tokionun Diaoyü adaları ilə əlaqədar suverenlik mövzusunda münaqişəsi yoxdur" sözlərini deyərək Yaponiyanın sözügedən münaqişəni etiraf etməsi çağırışını edib. "Adalar barəsində bir ixtilaf yoxdur iddiası Yaponiyanın özünü aldatmasıdır" deyən Çin Xarici işlər nazirliyi spikeri Honq Ley, Yaponiyanın bu münaqişəsi etiraf etməsinin və müzakirələr yolu ilə bu ixtilafın həllinin lazım olduğunu bilirib. Spiker Honq, Yaponiyanın səmimiyyətini göstərməsi və mövcud anlaşılmazlığı həll etməsi üçün səy göstərəcəyini ümid etdiyini söyləyib. Xatırladaq ki, Yapon mətbuatında verilən xəbərlərə görə Yaponiya xarici işlər naziri Koiçiro Gemba "Tokionun bir torpaq anlaşılmazlığı olduğuna inanmadığını" qeyd etmişdi.