Hər 1.3 milyard insandan 600-ü stressdən ölür
30 Oktyabr 2012 16:15 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Çin Kommunist
Partiyasının rəsmi yayım orqanlarından olan "Çin Gənclik Gündəliyi"
qəzetinin xəbərinə görə, Çində hər 600 min nəfər iş yükünün ağır
olması, ətraf mühit çirkliliyi və idman etməmək kimi səbəblərlə
dünyasını dəyişir. Ölkədə xüsusilə 20-30 yaş arası gənclərin
həddindən artıq yorğunluğa bağlı səbəblərlə həyatını itirməsinin
gələcək üçün son dərəcə'' narahatlıq verici'' olduğu vurğulanıb.
Pekin, Şanxay, Quangcou kimi böyük şəhərləri əhatə edən digər bir
araşdırmada isə xalqın 80 fazinin iş stresinin hər il bir az
daha çox artdığı qeyd edilib. Xatırladaq ki, Pekində orta aylıq
maaş 2000- 4600 yuen arasında dəyişir.