Jurnalisti yandırdılar

30 Oktyabr 2012 16:35 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Cənubi Amerika ölkələrindən olan Boliviyada bir jurnalistin aparıcılıq etdiyi canlı radio proqramı əsnasında təcavüzkarlar tərəfindən atəşə verildiyi bildirilib. BBC-nin xəbərinə görə ölkənin cənubundakı Yacuiba şəhərindəki "Radio Popular" ın studiyasına hücum edən 4 maskalı təcavüzkar sərhəd bölgəsindəki qaçaqçılıqla əlaqədar proqram təqdim edən Fernando Vidalın üzərinə benzin tökərək alovlandırıb. Hücumda ağır yaralanan 78 yaşlı Vidal və mühəndis Karen Anza xəstəxanaya aparılıb. Hücumdan sonra radio kanalından şərh söyləyən Vidalın kürəkəni Esteban Farfan üzündən, qollarından və sinəsindən yaralanan jurnalistin vəziyyətinin ağır olduğunu bildirib. Hücumun ardınca 3 şübhəli şəxs nəzarət altına alınıb​​.