Telefonda reklamı məhkəməyə verib

30 Oktyabr 2012 17:56 (UTC+04:00)

Movqe.Az bildirir ki, İngiltərədə yaşayan iş adamı 53 yaşlı Riçard Herman, telefonuna reklam məqsədli gələn zəngdən narahat olduğunu deyərək şirkəti məhkəməyə verib. Maraqlısı da odur ki, o bu məhkəməni qazanıb.

Herman, sığortadan sorğu məlumat xidmətinə qədər bir çox şirkətin tez-tez zəng vurduqlarına görə narahatlıq yaratdığını söyləyərək şikayət edib. Herman, zənglərin davam etdiyi təqdirdə təzminat almaq üçün müraciət edəcəyini söyləməsinə baxmayaraq zənglərin qarşısını ala bilməyib. Bundan əlavə, "zəng etməmək xəbərdarlığı etdiyi danışıqları" qeydə alıb və şirkətlərdən birinə vaxtını, elektrik enerjisini sərf etdikləri üçün bir faktura çıxardıb göndərib. Şirkət ödəməni qəbul etməyib və bu mövzu məhkəməyə qədər uzanıb. Məhkəmə şirkətin Hermana məşğul etdiyi hər bir dəqiqə üçün 10 sterlinq olmaq üzrə cəmi 195 sterlinq ödəməsinə qərar verib.