Ruslar "07"lərə görə Azərbaycana minnətçi düşüblər

17 Aprel 2012 12:19 (UTC+04:00)


Məlum olduğu kimi, Azərbaycan Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin (SMPDK) fevral ayında verdiyi qərara əsasən, bu il mayın 1-dən Azərbaycanda avtomobil nəqliyyat vasitələrində "ABS" əyləc sistemi ən azı bir təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalına istehsalına icazə verilməyəcək. Qadağanın tətbiq olunmasına iki həftədən az vaxt qalır. Qadağanın təsiri altına düşəcək əsas ölkələrdən birinin Rusiya olacağı isə artıq məlumdur. Yaranmış vəziyyətdə Rusiyanın  "AvtoVAZ" şirkəti bir sıra önləyici addımlar atmaqdadır. İlk olaraq bu həftə "VAZ-2107" modelli avtomobillərin istehsalı dayandırılacaq. Şirkət nümayəndələri bu qərarı klassik modellərə tələbatın azalması ilə əlaqələndirsələr , şübhəsiz ki, burada Azərbaycan hökumətinin may ayında həyata keçirməyi planlaşdırdığı qadağa qərarı da az əhəmiyyət kəsb etmir

Xatırladaq ki, "AvtoVAZ" şirkəti 1993- ildə yaradılıb. Şirkətin əsas səhmdarlarından biri Fransanın "Renault" şirkətidir. "AvtoVAZ"ın səhmlərinin 25%-i "Renault"a məxsusdur. Hazırda şirkət "Lada Priora", "Kalina", "Samara", o cümlədən "Lada Qranta" markalı avtomobillər istehsal edir.

Rusiyanın  "Lada Qranta" avtomobillərini birçoxları tərifləsələr , yeni markanın təqdimatında iştirak etmiş baş nazir Vladimir Putin avtomobilin baqajını aça bilməmişdi. Baş nazir hətta mühərriki işə sala bilməyib

Bu olay Rusiya mətbuatında ciddi müzakirələrə yol açmışdı

Bu arada isə yayılan məlumatlara görə, "AvtoVAZ" "Lada Samara" avtomobillərinin, o cümlədən "VAZ-2107"lərin Azərbaycana ixracının cari ilin sonuna kimi davam etməsi üçün baş nazir Artur Rasizadəyə müraciət edibŞirkət bildirir ki, perspektivdə həmin maşınlar tədricən "Lada Qranta"larla əvəz olunacaq.

Ekspertlər hesab edirlər ki, Rusiyanın özündə "klassik" model avtomobillərə maraq azaldığından yeni Avropa standartlarına uyğun maşınların istehsalına zərurət yaranıb.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramin Osmanov qəzetimizə açıqlamasında qeyd etdi ki, "AvtoVAZ"-ın istehsal etdiyi yeni avtomobillərin artıq satışına başlanılsa da, Azərbaycana idxal olunmur: "Ayrı-ayrı adamlar Rusiyadan "Lada Priora", "Kalina", "Samara", "Lada Qranta" kimi avtomobilləri alıb ölkəyə gətirirlər. Amma şirkət səviyyəsində idxal yox səviyyəsindədir

Yeni markaların əksəriyyətinin ABS əyləc sistemi ya təhlükəsizlik yastığı var. Elələri var ki, konfuqrasiyası zəngindir. Məndə olan məlumatlara görə, Rusiyanın yeni avtomobillərinin qiymətləri 10 min manatdan baha deyil. Xarici görünüşlərinə görə, Avropa istehsalı olan avtomobillərdən geri qalmır".

R.Osmanov hesab edir kiperspektivdə Azərbaycanda "Lada qranta" modellərinin alıcısı kifayət qədər olacaq: "Əvvəla həmin avtomobillərin modifikasiyası bizim tələbatımıza istəklərimizə uyğundur. Parametrlər, standartlar hökumətin qoyduğu normativlərə cavab verirAmma indidən həmin avtomobillərə qiymət vermək çətindir".

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, Rusiyanın "Avtovaz" avtomobil zavodunun yeni avtomobilləri Avropa avtomobil standartlarına daha yaxındır: "Klassik modellərlə vidalaşan Rusiya avtomobil zavodlarının yeni marka ilə bazara girməsi iqtisadi zərurətdən doğubRusiya avtomobilləri bütün MDB ölkələrində satışa çıxarılsa, bu "Avtovaz" şirkətinin dirçəlməsinə gətirib çıxaracaq. Rusiyanın yeni avtomobilləri xarici görünüşlərinə görə, daha cəlbedici görünür. Onların daxili vəziyyəti, standartlara dərəcədə cavab verməsi barədə hökumət qurumları qiymət verməlidilər. Bütün hallarda düşünürəm ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr qorunub saxlanılacaq. Hökumət yeni model avtomobillərin ölkəyə idxalına icazə verəcək".

R.Qaçayoğlu