“Təhsil kreditləri” haqqında qanuna ehtiyac yoxdur”

31 Oktyabr 2012 13:51 (UTC+04:00)

Bu gün Azərbaycanda "Təhsil kreditləri" haqqında qanun layihəsinə ehtiyac yoxdur. Bunu Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bunun bir neçə arqumenti var. Ş.Hacıyev vurğulayıb ki, təhsil kreditlərinin verilməsi sonradan bır sıra problemlərin yaranmasna gətırib çıxaracaq.

"Universitetləri n məzunlarının qarşılaşdığı işsizlik problemli təhsil kreditlərinin geri qaytarılmasına imkan verməyə bilər. Tutaq ki, bu kreditlər verildi, ancaq bir müddətdən sonra geri qaytarılmadı. Nələr baş verə bilər? Yenidən borc problemləri baş qaldıra bilər. Bu da arzuolunan deyil. Ona görə də bu barədə ciddi düşünmək lazımdır".

Komitə sədrinin fikrincə, bu kreditlər mütləq güzəştli və qaytarılması da təminatlı olmalıdır:"Ancaq belə bir sistemin yaradılacağı halda təhsil kreditlərinin verilməsinin tərəfdarı ola bilərəm. Halbuki, təqdim olunmuş layihədə belə bir mexanizm yoxdur. Ona görə də həm tələbələr, həm də valideynlər üçün problemlər yarada bilərik".