Müdafiə Nazirliyi Xankəndi aeroportu istifadə verilərsə atacağı addımları açıqlayıb
31 Oktyabr 2012 13:54 (UTC+04:00)
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın işğal etdiyi
Xankəndində aeroportu istifadəyə verəcəyi halda adekvat addımlar
atacaq. Nazirliyin rəsmisi Eldar Sabiroğlu bu addımların nədən
ibarət olduğunu da açıqlayıb: "Birincisi uçuşlar barədə "Çikaqo
konvensiyası" var. İkincisi müharibə vəziyyətidir və bu nəzərə
alınmalıdır. Üçüncüsü, əgər belə bir şeyə yol versələr, adekvat
cavab alacaqlar. Adekvat cavab bundan ibarətdir ki, ordu üzərinə
düşən vəzifəni yerinə yetirəcək".