Tabutun içində gizlənən qaçaqlar tutuldu

31 Oktyabr 2012 14:40 (UTC+04:00)

Movqe.Az bildirir ki, İngilis sərhəd işçiləri, tabutların arasında gizlənərək ölkəyə girməyə çalışan 3 adamı nəzarət altına alıblar. Sərhəd işçilərindən alınan məlumata görə, Bolqarıstandan gələn yük maşınında itlərlə aparılan axtarışda qaçaqların tabutların arasında gizləndikləri aydın olub. Tabutların İngiltərənin qərbindəki bir dəfn evinə aid olduğu qeyd edilib. Sərhəd rəsmiləri, qaçaqların qeyri-adi bir yolla ölkəyə girməyə çalışdıqlarını, ancaq əvvəl də ləyəndə gizlənən qaçaqları belə tapdıqlarını xatırladıblar.