Şarbon xəstəliyi yenidən yayılıb

31 Oktyabr 2012 16:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Qazaxıstanda sonuncu dəfə 1978-ci ildə təsbit edilən şarbon xəstəliyi yenidən yayılıb. Almatı Əyaləti Mərkəzi Xəstəxanasına müraciət edən 4 adamda şarbon virusu təsbit edilib. Xəstələrdən üçünün vəziyyətlərinin ağır olduğu bildirilir. Xəstəliyə tutulanların yaşadığı Canalıq kəndi isə karantin altına alınıb​​. Eyni kənddə 34 il əvvəl yayılan şarbon epidemiyası səbəbiylə bütün heyvanlar tələf edilmişdi.