Mesajlar onun həyatına son qoydu

31 Oktyabr 2012 16:48 (UTC+04:00)
Movqe.Az bildirir ki, İnternet istifadəçilərinin nifrət mesajlarından sonra depressiyaya girən 13 yaşlı Erin Qallaqer, intihar edib. "Irish Independent" qəzetinin xəbərinə görə, Erin intihar etməmişdən 24 saat əvvəl məşhur bir internet saytına, "Sizə görə boynuma ip keçirtməyimə çox böyük ehtimalla gülürsüz." sözlərini yazıb. Kilosu və xarici görünüşüylə əlaqədar gələn şərhlər səbəbi ilə depressiyaya girən gənc qız, mesajından bir gün sonra ailəsi tərəfindən ölü olaraq tapılıb. Oktyabr ayının əvvəlində internet vasitəsilə təhdidlərə məruz qalan 15 yaşlı kanadalı Amanda Todd da özünü öldürmüşdü.