Al Paçino rok ulduzu olacaq

31 Oktyabr 2012 17:31 (UTC+04:00)
Movqe.Az bildirir ki, Artıq öz sözünü demiş Holivud aktyorları son dövrlərində komediya filmlərində daha sıx rol almağa başlayıblar. Robert De Niro, Dastin Hoffman, Cek Nikolson xüsusilə son on ildə, birdən çox komediyalarda yer alıblar. Bu adlardan biri də Al Paçinodur. Son zamanlar yeni bir komediya filmi üçün hazırlıqlarını davam etdirən tanınmış aktyora "Imagine" adlı filmə Culian Mor yoldaşlıq edəcək. Filmdə Al Paçino oğlunun arxasına düşən yaşlı bir rok ulduzunu canlandıracaq.