Ölkə panda sevincini yaşayır
2 Noyabr 2012 17:52 (UTC+04:00)
Movqe.Az bildirir ki, Çin nəsli tükənmə
təhlükəsiylə qarşı-qarşıya olan pandaların sayının artırılması üçün
mübarizə aparır. Ölkənin cənub-qərbindəki Siçuan əyalətində bir
panda dünyaya bala gətirib. Yeni doğulan 7 bala panda ölkədə marağa
səbəb olub. Çin mediasında yayımlanan xəbərlərə görə, ölkənin
cənubundakı Siçuan əyalətinin paytaxtı Çenqduda yerləşən Panda
İstehsal Mərkəzində 7 panda balasının dünyaya gəldiyi bildirilib.
Xəbərlərdə, çinli rəsmilərin pandalara böyük əhəmiyyət verdiyi və
onlara ölkənin milli varlığı kimi sahib çıxacaqları
bildirilib. Şəxsi istehsal mərkəzində yaşayan pandalar, Çin
hökuməti tərəfindən beynəlxalq razılaşmalar qarşılığında xarici
ölkələrdəki heyvanat bağçalarına müəyyən müddətə verilir. Mikrobloq
saytlarında yazılan şərhlərə görə, panda mərkəzində saxlanılan
balaların fotoşəkilini çəkən çinlilər bu heyvanları çəkdikləri üçün
özlərini xoşbəxt sayırlar. Çində 10 il əvvəlki hesablamalara görə,
1596 panda qalıb. Bu mərkəzdə süni yollarla dünyaya gətirilən panda
sayı isə 108-ə çatıb. Ölkədəki pandaların 1206-na Siçuan əyalətində
baxılır.