Yaponca "kiçik sahil" mənasını verən "Obama" adını daşıyan 30 min nəfərlik qəsəbədə seçki nəticələrinin açıqlanacağı gün tədbirlər keçiriləcək. Günorta saatlarında keçiriləcək fəaliyyətdə Barak Obamaya dəstək verən qrupun nümayəndəsi Seiji Fujivara ilə qəsəbənin bələdiyyə başçısı Koji Matsuzaki çıxış edəcək. Sonra Obamanın qələbə qazanması üçün dualar ediləcək. Fəaliyyətə qatılacaq insanlara "Obamanı sevirəm" yazısı olan yapışqan plakatlar veriləcək. Fujivara, fəaliyyətə 100-ə yaxın adamın qatılmasını gözlədiklərini söyləyib.