Mesaj gələndə göyə bax!
5 Noyabr 2012 15:38 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Beynəlxalq Kosmos
Stansiyasında davamlı olaraq bir heyətin işə başlamasının 12-ci ili
şərəfinə NASA yeni bir tətbiqin muştuluğunu verib. Bu tətbiqi
istifadə edənlər Kosmos bazasının yerini təyin edərək, onu eynilə
bir ulduz kimi səmada görə biləcək. "Stansiyanın yerini təyin et"
adı verilən bu tətbiq üçün qeydiyyatdan keçən insanlara kosmos
bazasının göydə meydana çıxmağına qısa bir müddət qalmış
e-poçt və ya mobil mesajı göndərilərək xəbər veriləcək. Müəyyən
vaxtlarda bazanın göydəki ən parlaq cisim kimi görüləcəyi
bildirilir. NASA-nın Cohnson Kosmos Mərkəzi tərəfindən edilən
hesablamalarına görə, kosmos bazası Yerdə 4600 yerdən həftədə bir
neçə dəfə görülə biləcək.