Evlərə soxulan qaraçılar saxlanıldı

17 Aprel 2012 15:35 (UTC+04:00)

Aprelin 14- Hacıqabul rayonunun Talış kənd sakini Nizam Zərbəliyevin evindən qızıl əşyaları oğurlanıb. Qobustan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş qaraçı millətindən olan Əsəd Zeynalov, Nigar Bəkirova, Roza Həsənova Xalidə Vəliyeva "VAZ-2106" markalı avtomaşında gedərkən saxlanılıb. Sonrakı araşdırmalar zamanı saxlanılan şəxslərdən N.Bəkirovanın aprelin 6-da Şirvan şəhər sakini Sevda Əhmədovanın evindən qızıl əşyaları oğurlaması da müəyyən edilib. Araşdırmalar davam etdirilir.