Uşaqların acımasız xəstəliyi

17 Aprel 2012 17:27 (UTC+04:00)

 

Raxit ən hiyləgər uşaq xəstəliklərindən biridir. Uşaq yaşında raxit xəstəliyiylə üzləşənlərdə, həyatı boyu müəyyən problemlər ola bilər. Bu xəstəliyin ən pis cəhətidə odur ki, profilaktikası olmadıqda, onun peyda olması 90%-ə bərabərdir.

 

Adətən raxit xəstəliyinə o uşaqlar tutulur ki, onların anaları vaxtında lazımi miqdarda kalsium qəbul etməyiblər. Uşaq dünyaya gəldikdən sonraysa, artıq ilk aylarda  uşaq böyüdükcə onda kalsium çatışmır.

 

Belə halda uşaqlara D vitamini lazımdır. Bu isə yeni doğulmuş uşaqlarda günəş işığı və isti vasitəsiylə alınır. Uşaq günəş şüasını az qəbul etdiyi halda isə, orqanizm yetərincə vitamin almır.

 

Raxit xəstəliyinin əlamətləri

 

Bu xəstəlik adətən uşaqlarda 2-3 ayında ortaya çıxır. Narahatçılıq, tez-tez ağlama halları, yuxunun pozulması, qorxaqlıq və s. kimi hallar xəstəliyin ilikn əlamətləridir. Bu xəstəliydən əziyyət çəkən uşaqların iştahası olmur və adətən qəbizlikdən əziyyət çəkirlər.

 

Uşaq yaşlarında bu xəstəlikdən dəfələrlə əziyyət çəkənlər üçün sonradan müəyyən problemlər yarana bilər. Misal üçün immunitetin zəifləməsi. Ən pisidə odur ki, raxit xəstəliyi əziyyət zahiri görünüşü korlayır. Uşaqların əqli cəhətdən inkişafdan geri qalmalarıda mümkündür.

 

Raxirt xəstəliyini necə müalicə etmək olar?

 

Raxit xəstəliyinin müalicəsinə başlamamışdan əvvəl, bu xəstəliyin səbəblərini bilmək mütləqdir.

Daha sonra isə uşağı kalsium və fosforla təmin etmək lazımdır. Yaxşı olardı ki, süd məhsullarına üstün verilsin.

 

Təmiz havada olmaqda belə uşaqlar üçün mütləqdir.  Raxit xəstəliyinin fəsadlarıyla üzləşmək istəməyənlər, tez bir zamanda həkimə müraciət etməlidirlər.

 




Türkan Nadirqızı

Movqe.Az