Dünyaya 25 barmaqlı göz açıb - FOTO
6 Noyabr 2012 15:37 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Hindistanın Bhopal
şəhərində yaşayan Arpan Saxenanın rəqəmlərlə arası heç yaxşı deyil.
Belə ki, genetik pozğunluğa görə 13 əl və 12 ayaq barmağı olan
Arpan əlləri ilə 1-dən 10-a kimi saya bilmir. Amma bu fərqlilik ona
mənfi təsir etmir. O, Bhopaldakı yeganə 25 barmaqlı uşaq olduğu
üçün fəxr edir. Arpan insanların onunla şəkil çəkdirmək
istəməsindən xoşlansa belə, ayaq barmaqlarının çoxluğu ucbatından
ayaqqabı geyə bilməməsi və uzaq yol gedə bilməməsindən
narahatdır.
Arpanın ailəsi, dostları və qohumlarının əməliyyat təkliflərinə
inandırıcı qəbul etmirlər. Çünki, əməliyyatdan sonra uşaq ətrafdan
özünə qarşı maraq görməyəcək və belə olduqda onun psixologiyası
pozula bilər.
Arpan 25 barmağı ilə rekord qıra bilməsə də, həmyerlisi Akşat Saxen
34 barmağı ilə dünya rekordunu əlində saxlayır.