Zob xəstələri bu çaydan içsinlər

30 Aprel 2018 09:30 (UTC+04:00)

Qalxanabənzər vəzin normadan artıq və ya az hormon istehsal etməsi yorğunluq, kökəlmə, əsəbilik kimi problemlərə səbəb olur.

Zobun sağlamlığa verdiyi zərərlərin qarşısını almaq üçün Movqe.az-ın publika.az-a istinadən  təqdim etiyi zəncəfilli çaydan faydalana bilərsiniz.
 
 

Zəncəfil və limonla hazırlanan bu çay zoba qarşı təsirli olmaqla yanaşı, immunitet sistemini gücləndirir, arıqlamağa kömək edir.
 
Tərkibi:
1 stəkan isti su
Yarım limon
1 çay qaşığı doğranmış təzə zəncəfil
 
Hazırlanması:
İncə dilimlənmiş limonu və doğranmış zəncəfili isti suya əlavə edib beş dəqiqə gözləyin. Çayı ilıq halda için.
Bu çayı səhər və axşam olmaqla, gündə iki dəfə içmək məsləhətdir.