Elçin Əfəndiyevin köməkçisi tutuldu
7 Noyabr 2012 13:41 (UTC+04:00)
ABU-nun sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı daha bir
nəfər saxlanılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından
bildirilib.
Məlumata görə, tutulan şəxs Nazirlər Kabinetinin əməkdaşı, baş
nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovdur. V.
Hüseynov dələduzluqda təqsirli bilinir.
O, Azərbaycan Beynəlxalq Universitetinə (ABU) lisenziya almaqda
köməklik göstərəcəyini vəd edərək E. Abdullayevdən 1 milyon manat
almaqda şübhəli bilinir.