İngiltərə kral ailəsinin üzvü silahla jurnalistlərə xəbərdarlıq edib – FOTO

17 Aprel 2012 19:24 (UTC+04:00)

İngiltərə kral taxtının ikinci varisi Şahzadə Vilyamın həyat yoldaşı Kembric Düşesi Keyt Midltonun bacısı Pippa Midlton, əlindəki silahı jurnalistlərə tərəf tutub. Movqe.Az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, P.Midlton, iki şəxs və həyat yoldaşıyla birlikdə üstü açıq bir avtomobillə Parisdə gəzərkən, paparazzilərin təqib edilməsini biliblər. Bundan sonra Pippa əlindəki silahı onlara tərəf yönəldib.

P.Midlton, silahı jurnalist qrupuna tərəf yönəldərək, əvvəl onları xəbərdarlıq edib. Amma jurnalistlər silahı avtomatik tapancaya bənzətdiklərindən bunun zarafat olduğu qənaətinə gəliblər. Hadisə yerində olan Paris polisi, Pippaya bildirib ki, cəmiyyətə açıq sahədə bir şəxs silahı digər bir şəxsə yönəldirsə, cinayət məsuliyyətinə cəlb olunur və normal şərtlərdə həmin şəxs həbs oluna bilər.

Qeyd edək ki, artıq məsələ ilə əlaqədar istintaq başlanılıb. Əgər silah əsldirsə, avtobobildə olan şəxslər yeddi ilə qədər həbs oluna bilərlər. Hətta, silah saxtadırsa, Pippa və dostları iki ilə qədər həbs cəzasıyla mühakimə olunacaqlar.

Nəzərinizə çatdıraq ki, hadisə Fransanın paytaxtı Paris şəhərində baş verib.

Fuad Mədətov

Movqe.Az