Keçəlləşmə və digər əlamətlər ürək xəstəliyi riskini artırır
7 Noyabr 2012 16:15 (UTC+04:00)
Movqe.az xəbər verir ki, keçəlləşmə və digər yaşlanma əlamətləri
ürək xəstəlikləri riskini artırır. Xarici görünüşcə qocalsan
da daxilən özünü gənc hiss edirsən? Buna heç də güvənmə! Belə ki,
Amerika və Danimarka alimlərinin apardığı tədqiqatlar belə deməyə
əsas verir. Müəyyən olunub ki, xarici görünüşcə insan bədənində
yaranan yaşlanma əlamətləri infarkt və ürək xəstəliyi
riskinin artmasına işarədir. Beləki yaşlanma əlamətləri 57 faiz
ürək tutması, 39 faiz isə digər xəstəliklərin əlamətlərinə işarə
edir.