Movqe.Az xəbər verir ki, bu gün Ağcabədi
rayonunda Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Gənclər üçün
Təhsil Mərkəzi tərəfindən icra olunan "Region gənclərinin İdeya
Akademiyası" layihəsi çərçivəsində növbəti təlim proqramı
başlamışdır. Ağcabədi rayonunda təşkil edilən proqramda iştirak
edən gənclər üçün ideyaların formalaşdırılması, layihə
təkliflərinin hazırlanması və idarə olunması haqqında praktik
məlumatlar verilmiş, zəruri materiallar paylanılmışdır.
Mərkəzin direktor müavini Rasim Ağayev tərəfindən
keçirilən təlim proqramına rayonun gənc fəalları ilə yanaşı Yeni
Azərbaycan Partiyasının rayon təşkilatının, yerli Gənclər və İdman
İdarəsinin, o cümlədən bir sıra QHT-nin əməkdaşı da
qatılmışdır.
Qeyd edək ki, Azərbaycanın ucqar regionlarından olan gənclərin
təşəbbüskarlığının artırılmasını, onlar tərəfindən verilmiş
ideyaların layihə və proqramlar şəklində reallaşdırılmasına dəstək
verilməsini nəzərdə tutan "Region gənclərinin İdeya Akademiyası"
layihəsi Ağcabədi, Füzuli və Beyləqan rayonlarında icra olunur.