Kafkanın mirası və sirrləri

8 Noyabr 2012 17:50 (UTC+04:00)
Movqe.Az bildirir ki, Franz Kafkanın dəfələrlə xilas edilən mirası tam mənada macəra dolu bir səfərdən ibarətdir. Əslində Kafka dostu və həmkarı Maks Broda, ölümündən sonra sənədlərin heç oxunmadan yandırılmasını vəsiyyət edib. Brod, Kafkanın bu istəyini yerinə yetirməyib. Yazıçının ölümündən sonra qalan ən kiçik qeydlərini belə saxlayıb, hətta hamısını bir yerə yığmaq üçün bir kampaniyaya başlayıb. Brod bu qərarını ictimaiyyətə bildirərkən, əslində dostu Kafkanın da bunu istədiyindən əmin olduğunu söyləyib. Kafkanın otağında atasına yazdığı məktublarla, gündəliklərinin bir hissəsini, son dövrlərində yazdığı hekayələri və "Çevrilmə" adlı kitabının orijinalını tapan Brod ailə üzvlərinə və dostlarına müraciət edərək onların əlində olanları da istədiyini bildirib. Çünki Kafka yaşadığı dövrdə yazdıqlarının əhəmiyyətli bir qisimini hədiyyə etmişdi. Kafkanın Maks Broda hədiyyə etdiklərinin arasında bəzi məktublarından və qaralamalarından başqa, "Kənddə toya hazırlıq", "Hökm", "Qəsr" adlı romanlarının qaralamaları var. Kafka sevgilisi Milena Cesenskaya yazdığı məktublarıyla birlikdə, gündəliklərinin böyük bir qisimini və "Amerika" adlı romanının əl yazmasını hədiyyə edib. Həyat yoldaşı, Dora Diamanta qalan isə bir qaralama kitabı və "İnşaat" kimi hekayələrinin bir hissəsi olub. Kafka yaxın dostu Robert Klopstoka məktublarının bəzilərini, şəkillərini, "Josefine" romanının qaralamasını hədiyyə edib. Bütün bunları bir yerə yığmaq istəyən Brodun hədəfi Kafkanın əsərlərini təkrar oxuyub və yenidən yaymaqdır. 1925-ci ildən 1927-ci ilə qədər üç romanını "Alman Die Schiemide" nəşriyyat evi, 1935-37 illər arasında da hekayələri və gündəliklərini Berlinli yəhudi bir kolleksiyaçı olan Salman Şoken çap edib.