Anar Nağılbazın “Toylar Kralı”nın iştirkçısı ilə işbirliyi nədir?

18 Aprel 2012 11:17 (UTC+04:00)


Repçi Anar Nağılbaz yeni mahnısını "Toylar Kralı"nın iştirkaçısına verib. Movqe.Az xəbər portalının məlumtına görə, vətənpərlik mövzusunda olan mahnının sözləri və musiqisi A.Nağılbazın özünə məxsusdur. "Azərbaycan-Türkiyə" adlı mahnının ifaçısı "Toylar Kralı" telemüsabiqənin iştirakçısı Fikrət Amanovdur.

Bu barədə Movqe.Az-a ifaçı və rejissor Eyyub Əliyev məlumat verib. E.Əliyev bildirib ki, mahnı ifa olunub və həmin mahnıya klip çəkilməsi üçün ona müraciət edilib: "Əsasən sənədli film çəkdiyim üçün klip janrından uzaq idim. İfaçı mahnıya klip çəkdirmək fikirində olduğunu bildirdi və mənə müraciət etdi. Hazırda bu barədə danışıqlıqlar gedir", - E.Əliyev söylədi.

Rejissor onu da qeyd etdi ki, klipin ssenarisi hazırdır. Əgər razılıq olsa, klip Azərbaycanda və Türkiyədə çəkiləcək: "Klipin ssenarisini yazmışam, hazırdı. Klipi Azərbaycanda Bakıda, Türkiyədə isə Çanaqqala şəhərində çəkilməsi nəzərdə tutulub. Bu günə qədər Fikrət Amanov üçün 5 klip çəkilib ki, hamısının da keyfiyyəti aşağı səviyyədədir. Amma yeni işi öz öhdəliyimə götürməklə, keyfiyyətinə əvvəlcədən zəmanət verirəm", - E.Əliyev dedi.

Fuad Mədətov

Movqe.Az