AFFA Hakimlər Komitəsi 2013-cü il
üçün FİFA referisi adına Fariz Yusifov və Vüsal Əliyevin
namizədliyini irəli sürməyib. Fanat.az xəbər verir ki, onların
yerinə gənc hakimlər Əliyar Ağayev və Rəhim Həsənovun adları
salınıb.
Bu barədə komitədən məlumat verilib. Məlumata görə, Yusifov və
Əliyevin siyahıya salınmamasına səbəb onların yaşlarının çoxluğu və
ingilis dili bilikləri ilə bağlı problemlərinin olmasıdı.
UEFA Hakimlər Komitəsinin noyabrın sonlarında keçiriləcək iclasında
azərbaycanlı yeni hakimlərin namizədliyinə baxılacaq. Əgər onların
namizədliyi təsdiqlənsə, gələn ildən Əliyar Ağayev və Rəhim Həsənov
FİFA referisi adını alacaq.
trend