Venesiyada həyəcan siqnalı verilib

12 Noyabr 2012 15:35 (UTC+04:00)
Movqe.Az bildirir ki, İtaliyada həftə sonu artan yağışlı hava ölkənin şimal bölgələrində vəziyyəti çətinləşdirib. Ölkənin şimal-şərqində yerləşən Venesiya şəhərində, şəhər mərkəzinin ən alçaq nöqtəsi olan San Marko Meydanı yenə sular altında qalıb. İtalyan xəbər agentliyi "ANSA"nın xəbərinə görə, şəhər mərkəzinə həddindən artıq yağan yağışın təsiri ilə dəniz suyu səviyyəsinin 149 santimetr ölçüldüyü bildirilir. Verilən məlumata görə, 1872-ci ildən bu yana 6-cı dəfə bu cür sel baş verir. Venesiyadan əlavə Toskana və Liquria bölgələri üçün də həyəcan siqnalı verilib. Toskananın şimal-qərbindəki Massa Karrarada 200 adam evlərini tərk etmək məcburiyyətində qalıb. Liquria bölgəsi 2010 və 2011-ci illərdə də sel faciəsi yaşayıb. Mütəxəssislər, Emilia-Romaqna bölgəsindəki çaylar üçün də daşqın xəbərdarlığı edib.