BBC-nin istefa xəbəri
12 Noyabr 2012 16:14 (UTC+04:00)
Movqe.Az bildirir ki, BBC xəbər müdiri
Helen Boaden ilə köməkçisi Stiv Mitşelin, keçən il vəfat edən
aparıcı Cimmi Sevil ilə əlaqədar icra edilən istintaq çərçivəsində
vəzifələrindən ayrılmalarının istəndiyi bildirilib. "BBC Newsnight"
proqramının, aparıcılıq edən Sevil haqqındakı təcavüz iddialarını
bildiyi, ancaq yayımlamadığı məlum olub. Boaden ilə Mitşelin yerinə
Fran Ansuors ilə "BBC Radio 4 Today" proqramının redaktoru Ceri
Tomas gətirilib. Təşkilatın ümumi müdiri Corc Entuisl isə dünən
BBC-də yayımlanan "Newsnight" proqramında Mühafizəkar Partiyalı bir
lordun uşaq təcavüzü qalmaqalına qarışdığının səhvən iddia
edilməsinin və bu adamın haqsız yerə hədəf halına gətirilməsindən
sonra vəzifəsindən kənar edilib. BBC rəhbərlik qurupunun Entuisla
450 min sterlinq olan bir illik maaşını ödəyəcəyi məlumatı isə
reaksiyalara səbəb olub. BBC-də həftə içi hər axşam yayımlanan
"Newsnight" proqramında, aktual xəbərlər qonaqlarla müzakirə
edilir. Jurnalist Ceremi Paksman isə proqrama aparıcılıq edirdi.
İndi isə, BBC-dəki qalmaqala səbəb olan və illərdir yayımlanan
"Newsnight" proqramının gələcəyi sorğu-suala altındadır.