Misirdə namizədlik böhranı davam edir

18 Aprel 2012 13:15 (UTC+04:00)

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Misirdə prezident seçkilərinin ilk turu 23-24 mayda keçiriləcək. Prezident seçkilərində namizədlikdən məhrum edilən 10 siyasətçinin etiraz müraciətləri rədd edilib. Yüksək Seçki Komissiyasının uyğun görmədiyi adlar arasında Hüsnü Mübarəkin dövründə 18 il kəşfiyyat xidməti başçısı Ömər Süleyman və "Müsəlman Qardaşlar Hərəkatı"nın başçı köməkçisi Hayrat Əl Şatır da var. Seçkilərdə Süleyman və Şatırla birlikdə ilk üçlüyə daxil ola biləcəyi ehtimal olunan "Sələfilər"in namizədi Həzm Əbu İsmayıl da iştirak edə bilməyəcək.

BBC-nin Qahirədəki müxbiri bildirib ki, komissiyanın qərarının seçkilərlə bağlı fikirləri yenidən dəyişəcək.

Ziba Yusifova

Movqe.Az