ABŞ 10 il sonra...

12 Noyabr 2012 17:05 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) qarşıdakı 10 ildə ABŞ-ın neft istehsalında Səudiyyə Ərəbistanı geridə qoyacağını bildirib. Şirkətin nümayiş etdiyi ''2012-ci il dünya enerji baxışı'' hesabatında, qlobal enerji xəritəsində dəyişikliklər yaşanacağı və bu inkişafların çox sayda ölkə və bölgədəki enerji sistemlərinə təsir edəcəyi qeyd edilib. Neft istehsalında ABŞ-ın, Səudiyyə Ərəbistanı və Rusiya kimi digər istehsalçı ölkələri geridə qoyaraq ilk sırada qərarlaşacağı, ABŞ-ın həmçinin 2020-cu ilə qədər qaz məsələsində əsas ixracatçı olacağı ifadə edilib. Hesabatda, ABŞ-ın 2035-ci ilə qədər enerji məsələsində özü-özünü təmin edən ölkə olacağına diqqət çəkilib.