Departye Belçikaya köçür

12 Noyabr 2012 17:21 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Fransada ağır vergi yükündən azad olmaq istəyənlərə diqqət çəkici bir ad da əlavə olunub. Məşhur aktyor Jerard Departye, Belçikada ev alıb. Fransa və Belçika mediasına görə əlavə vergi ödəmək istəməyən aktyor qərarında qətidir.
63 yaşındakı aktyorun ev aldığı Neçin qəsəbəsi, Fransada vergi ödəmək istəməyən bir çox fransızın yaşadığı bir qəsəbədir. Qəsəbənin əhalinin 27%-ini fransızlar təşkil edir.
Departye mövzuyla bağlı sualları cavablandırarkən Belçikada ev alması xəbərini inkar etməyib.
Belçika Fransanın əksinə olaraq milyonçuların ödədiyi verginin olmaması son dövrlər fransızları cazb edir.