"Azərbaycan yığması qələbə qolunu vura bilərdi"

5 Yanvar 2016 11:02 (UTC+04:00)

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan U-17 – Latviya U-19 oyunundan 1-1 hesablı heç-heçə qeydə alındı.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Latviya yığmasının baş məşqçisi Aleksandr Basov  oyunla bağlı bunları deyib: "Turnirdə ilk oyunumuz olduğu üçün komandada müəyyən qədər həyəcan var idi. Düşünürəm ki, bərabər səviyyəli oyun oldu. Lakin qarşılaşmanın sonunda Azərbaycan yığması qələbə qolunu vura bilərdi. Qol buraxmağımızı nəzərə almasaq, ümumilikdə komandamdan razı qaldım".