Azərbaycan KİV – nə müraciət

13 Noyabr 2012 15:10 (UTC+04:00)

Son zamanlar Azərbaycan cəmiyyətində zorakılıq hallarının sayı xeyli artıb. Heç şübhəsiz ki, zoraklığın sonu cinayət olduğundan, zoraklıqdan yaranan cinayət faktları da durmadan artır.

Bu məsələdə ən üzücü məqam, Azərbaycan mediasının tutduğu mövqedir. Çap və elekron media orqanlarımız oxunaqlı olmaq üçün əllərinə keçən bu tipli faktları saf-çürük etmədən, mahiyyətinə varmadan dərhal "bəzəkli" başlıqlar altında yayımlayırlar.

Heç birimizə sirr deyil ki, Azərbaycanın ailə modeli milli-mənəvi dəyərlər sistemində formalaşıb. Qadına verilən önəm ailənin əsasını təşkil edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ailəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ailə cəmiyyət üçün ən böyük dəyərdir. Cəmiyyətin, dövlətin inkişafı, ümumiyyətlə insanların münasibətləri, ünsiyyət qurmaları ailə olmadan qeyri-mümkündür.

Ailə kiçik bir dövlətdir. Bütün iqtisadi və maddi münasibətlər, hətta siyasi münasibətlər, ideoloji mübarizələr məhz ailədə ilkin rüşeym halında yaranır. Ailə münasibətləri haqqında danışarkən şəxsiyyət məsələsinə xüsusi toxunmaq lazımdır. Böyük şəxsiyyətlər məhz ailə tərbiyəsi əsasında formalaşmışlar. Bu şəxsiyyətlərin bütün əxlaqi keyfiyyətlərə yiyələnməsi, torpağına, el-obasına və milli mentalitetə bağlı olması, qadın-kişi münasibətlərində etik normaların gözlənilməsi məhz ailədən qaynaqlanır. Amma son zamanlar bir sıra media orqanlarında insest münasibətlər aid yazılar belə kriminal xəbər adı ilə təqdim edilir. Təbii ki, həyatda baş verənlər mediada əks olunmalıdır. Amma, kriminal xəbərlərin sensasiya doğuracaq formada verilməsi doğru deyil. Bəzən təkrar-təkrar xüsusi anonslar verərək, sanki müsbət bir hal kimi təqdim olunur. Bu isə cəmiyyətdə zorakılığın adiləşməsinə və çoxalmasına səbəb olub.

Biz aşağıda adları qeyd olunan ictimaiyyət nümayəndələri və ziyalılar, Azərbaycanda fəaliyyət göstərən bütün media orqanlarına müraciət edərək, bildirik ki, belə xəbərləri işıqlandırarkən lütfən daha diqqətli olsunlar. Onsuz da insanlarımızın pisxoloji baxımdan həssas olduğu zamanda yaşayırıq.

Oktay Hacımusalı – yazıçı – publisist

Oral Mədənçi – jurnalist

Taryel Faziloğlu – Milli Düşüncə İnstitutu İctimia Birliyinin sədri

Anar Xəlilov - Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri

Elçin Mirzəbəyli – "Xalq cəbhəsi" qəzetinin baş redaktoru

Rüfət Əhmədzadə - yazıçı – jurnalist

Azər Həsrət – "Yeddi millət, bir dövlət" konseyinin başkanı

Kebuter Haqverdi – jurnalist

Rövşanə Əliyeva – jurnalist

Həsrət Rüstəmov – ADP sədrinin müavini

Sultan Mərzili – yazıçı – publisist

Fariz Xəlilli - 'Miras'' Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyinin sədri

Aydın Xan (Əbilov), YYSQ sədri, kitabxana.net portalının rəhbəri, yazıçı-kulturoloq

Seymur Həsənli – Milli Dirçeliş Hərəkatı Partiyasi

Aqil Camal – "Türküstan" qəzetinin baş redaktoru

Elman Cəfərli – "Olaylar" qəzetinin redaktoru

Əkbər Qoşalı – DGTYB başqanı, şair – publisist

Razi Abbasbəyli – Gündeminfo.az saytının rəhbəri

Namiq Hacıheydərli – şair – publisist, AYB Muğan bölməsinin rəhbəri

Rumiyye Miraslan – jurnalist

Aygün Həsənoğlu – yazıçı – dramaturq

Sənan Nəcəfov – qhtxeber.com saytının rəhbəri

Qurban Yaquboğlu – "Gündəlik Teleqraf" qəzetinin redaktoru

Elnur Kəlbizadə - AYB Naxçıvan filialının gənclər sektorunun müdiri, şair

Vəli Əkbər- tele-jurnalist

Elnur Eltürk – müstəqil jurnalist

Toğrul İsmayıl - Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq

Zaur Qəriboğlu – "Karabakhinfo" saytının şef – redaktoru, şair

Gülcahan Məmmədova - "Sağlamlıq və sən" jurnalının redaktoru

Zaur Əliyev – tarixçi – araşdırmaçı yazar

Mehriban Zeynalova - "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri

Aynur İmranova – Ümid Partiyasının sədr müavini

Zaur Əhməd - Müstəqi İnformasiya Agentliyinin redaktoru

Razi Nurullayev - "Region" Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədri

Ayşə Kərimova – telejurnalist

Nəzirməmməd Quliyev - SAMF-ın eksperti

Rəsul Mirhəşimli - Media və Mülki Cəmiyyət İctimai Birliyi sədrinin birinci müavini

Günel Əbilova - "Qafqazinfo.az" internet qəzetinin əməkdaşı

Nailə İsmayılova - "Yeni Həyat" Humanitar və Sosial Dayaq İB – nin sədri

Zahir Əzəmət – "ANN.Az" xəbər portalının rəhbəri

Elməddin Behbud – Demokratik Azərbaycan Naminə İB – nin sədri

Həqiqət Binnətova – yazıçı – publisist

Dəyanət Osmanlı – şair – publisist, Azərbaycanda Atatürk Mərkəzinin redaktoru

Ərəstun Baxşəliyev – politoloq, elmi işçi

Aqil Adjalov – "Sayokan"n vitse prezidenti

Mehriban Abdullayeva - "Demokratik Cəmiyyət və Qadın hüquqlarının müdafiəsi" IB – sədri

Mahirə Əmirhüseynova – XXI əsr qadınları İB – nin sədri

Əziz Əlibəyli – müstəqil politoloq

Şəbnəm Karslı – yazar

Samir Əsədli - VHP siyasi şurasının üzvü