"Apple" "iPhone 5S"-in istehalına başlayacaq
13 Noyabr 2012 15:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Apple"ın "iPhone 5S"
üçün istehsal sifarişi verdiyi məlum olub. Çində dekabr ayında
sınaq istehsalına başlayacaq "Apple" "Yeni iPhone 5" və ya "iPhone
5S" adını daşıyacaq olan telefon üçün 50 min ilə 100 min ədəd
arasında sifariş verib. İş dünyası istiqamətli Çinin "Commercial
Times" qəzetində nəşr olunan xəbərə görə, istehsal hesabatına görə
"iPhone 5"in aşağı məhsuldarlıq dərəcələri ilə qarşılaşan "Apple",
"iPhone 5S" və komponentləri ilə əlaqədar prosesləri sürətləndirib.
Hələ dizayn və xüsusiyyətləri bilinməsə də, "iPhone 5S" üçün sınaq
istehsalına gələn ay başlayacaq "Apple", 2013-cü ilin ilk rübündə
daxili istehsal üçün "start" düyməsinə basacaq. "iPhone 5S"in
2013-cü ilin yaz aylarında bazara çıxacağı güman edilir. Hesabata
görə, "iPhone 5S"dən sonra da yeni nəsil "iPad" və
"iPad Mini" üçün istehsala başlanılacaq.