Almaniya Fransanın həmsədrliyini Aİ ilə əvəzlənməsini istəmir

18 Aprel 2012 15:05 (UTC+04:00)

Bu barədə İrəvanda səfərdə olan Almaniyanın dövlət katibi Korneliya Piper bildirib. Erməni mətbuatı xəbər verir ki, İrəvan Dövlət Universitetinin tələbələri qarşısında çıxışı zamanı verilən suala cavab olaraq dövlət katibi Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin işindən razı olduğunu deyib: "ATƏT-in Minsk qrupunda Fransanın Avropa İttifaqı ilə əvəzlənməsinə ehtiyac yoxdur". Korneliya Piperin sözlərinə görə, məsələnin Avropa parlamentində müzakirəsi gözlənilsə də, Almaniyanın mövqeyi həmsədrlərin əvvəlki tərkibdə qalmasıdır. Qeyd edək ki, martın 23-də Avropa parlamenti Ermənistanla bağlı qəbul etdiyi sənəddə ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Avropa İttifaqı ilə əvəzlənməsini təklif etmişdi. Məsələ qurumun bu ay keçiriləcək plenar iclasında səsverməyə çıxarılmalıdır.