Türkiyənin Kütahya şəhərində zələzələ olub

18 Aprel 2012 15:05 (UTC+04:00)


Movqe.Az xəbər verir ki, Türkiyənin Kütahya şəhərinin Simav bölgəsində 4,3 bal gücündə zəlzələ olub. "Boğaziçi" Universiteti Kandil Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutundan alınan məlumata görə, yerin 6.2 kilometr dərinliyində saat 23:45-də meydana gələn zəlzələnin mərkəzi Söyüd kəndi olaraq təyin olunub.

Qorxuya düşən vətəndaşlar bir müddət evlərini tərk edərək, küçədə gözləyiblər. Zəlzələ Hisarcık, Emet, Tavşanlı, Gediz, Şaphanə rayonlarında da hiss olunub. Zəlzələdə insan itksi olmayıb.

Xatırladaq ki, Simavda hələ keçən ilin mayın 19-da baş verən 5,9 bal gücündəki zəlzələ mərkəz və kəndlərdə böyük ziyana səbəb olmuşdu. Həmin zəlzələdə isə iki nəfər həyatını itirmişdi.

Əfqanə Məzahirqızı

Movqe.Az